
Azərbaycanda son bir ay ərzində (31 dekabr-31 yanvar) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin müddətdə infeksiyaya 325 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib.
Məlumata görə, son ay ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 333, bu günə qədər isə ümumilikdə 7 748 050 test icra olunub.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycanın siyasi tarixində ictimai və dövlət xadimi kimi tanınan xanım siyasətçilər az olub
Zakir Fərəcov borc bataqlığında: Gündüz Əliyevin imzası olan sənədlərdə 50 milyondan söhbət gedir — YENİLƏNİB
Aranın tək saatsazı
Nyu-Yorkda koronavirusun JN.1 ştamına yoluxanların sayı artıb
Naxçıvanda 6 nəfər qızılcaya yoluxdu