azfakt.az
http://azfakt.az

2023-cü ildə Azərbaycan neftinin ən böyük idxalçılarının adları açıqlanıb

18-01-2024, 21:27 Baxılıb: 1

2023-cü ildə Azərbaycan neftinin ən böyük idxalçılarının adları açıqlanıb


2023-cü ildə Azərbaycan dəyəri 16 milyard ABŞ dollarından yuxarı olmaqla 26 milyon tondan artıq xam neft və neft məhsulları ixrac edib.
Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən il Azərbaycan neftinin 3 ən böyük idxalçısı siyahısında birinci yeri İtaliya tutur (7 milyard dollardan yuxarı olmaqla 11,1 milyon ton), ikinci yerdə İsrail (1,4 milyard dollar dəyərində 2,3 milyon ton), üçüncü yerdə isə Hindistan (dəyəri 1,2 milyard dollardan yuxarı olmaqla 2 milyon tondan çox) dayanır.

Cədvəldə 2023-cü ildə Azərbaycanın xam neft və neft məhsullarının 10 ən böyük idxalçıları qeyd olunub:

Ölkə

İdxalın həcmi

İdxalın dəyəri (ABŞ dolları ilə)

İtaliya

11 117 529,86

7 077 115 410

İsrail

2 270 342,65

1 394 267 620

Hindistan

2 025 082,15

1 227 040 850

İspaniya

1 341 018,14

871 933 820

İspaniya

1 221 974,82

769 586 750

İspaniya

1 135 964,61

682 886 680

Türkiyə

1 202 207,86

676 306 620

Xorvatiya

975 165,93

590 404 890

Yunanıstan

743 513,50

455 309 000

Böyük Britaniya

691 038,87

432 278 590

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə - Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.
Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına nəql olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930