azfakt.az
http://azfakt.az

Aİ Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi prosesinə sadiq qalır - Peter Stano

16-01-2024, 17:44 Baxılıb: 2

Aİ Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi prosesinə sadiq qalır - Peter Stano

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi prosesinə sadiq qalır.

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrelin mətbuat katibi Peter Stano erməni KİV-ə müsahibəsində deyib.

"Biz Ermənistan və Azərbaycan rəhbərliyi ilə sıx təmasda olmuşuq və hər iki ölkənin suverenliyi, ərazi bütövlüyünə və problemlərin müstəsna olaraq sülh yolu ilə həllinə dəstəyimizi təkrarlamaqdan yorulmamışıq. Əlaqə kanallarımız açıq olaraq qalır", - o deyib.

Stano, həmçinin, Aİ Şurasının prezidenti Şarl Mişel, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel və Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunmasında iştirak etməyə davam etdiklərini əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930