İndoneziyada vulkan püskürdü - Ən yüksək səviyyəli həyəcan verildi
Dünyanın ən böyük ada ölkəsi olan İndoneziyada yerləşən Lewotobi Laki-Laki vulkanı püskürüb.
Xarici medianın məlumatına görə, vulkanının püskürməsinin ardından həyəcan dördüncü və ən yüksək səviyyəsinə çatdırılıb.
Püskürmə İndoneziyanın şərqindəki Flores adasındakı dağlarda həftələrlə davam edən vulkanik fəaliyyətdən sonra baş verib.
Bölgə sakinlərinin təxliyəsinə göstəriş verən səlahiyyətlilər vulkanın hələ də aktiv olduğunu bildiriblər. Yanvarın 1-də İndoneziyada Levotobi Laki-laki vulkanı aktivləşdikdən sonra qadın və uşaqlar da daxil olmaqla 1172 sakin təxliyə edilib.