Rusiyada kütləvi qəza: Ölənlər arasında uşaq da var
Rusiya Federasiyasının Novqorod vilayətində birdən-birə 30 avtomobil toqquşub.
Qəza nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Moskvaya nəqliyyatın kəsildiyini bildirib.
Təcili yardım xidmətləri hadisə yerindədir. Qəzanın səbəbləri və şəraiti aydınlaşdırılır.
Qəzanın 30 kilometrlik tıxacın yaranmasına səbəb olduğu da qeyd edilir.