azfakt.az
http://azfakt.az

İrəvan suverenliyini itirə bilər - Lavrovdan Ermənistana xəbərdarlıq

28-12-2023, 10:39 Baxılıb: 0

İrəvan suverenliyini itirə bilər - Lavrovdan Ermənistana xəbərdarlıq

Rusiya ümid edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsini dərk edir. 
Bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Ümid edirəm ki, İrəvan alyansla əməkdaşlığın dərinləşməsinin milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyin itirilməsinə gətirib çıxardığını anlayır", - Rusiya XİN rəhbəri bildirib.
Lavrovun sözlərinə görə, bu il Ermənistan alyansla birlikdə onlarla tədbirdə iştirak edib: "Respublika silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları Şimali Atlantika blokunun bəzi ştatlarında təlim keçir. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni tərəfdaşlarımızın diqqətini çəkmişik ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirmək, eləcə də “parçala və idarə et” sxeminə görə manipulyasiyalar üçün şərait yaratmaqdır". 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930