Qarajdan kişi və qadın müəllimin meyiti tapıldı
İrkutskda içəridən kilidlənmiş qarajda ibtidai sinif müəlliminin və bir kişinin meyiti tapılıb.
Rusiya KİV bildirir ki, meyitlər Rasputin küçəsindəki fərdi evin ərazisindəki qarajda aşkarlanıb. Onların bədənlərində zorakılıq əlamətləri aşkar edilməyib. Onların təxminən 1 gün qarajda qaldıqları bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır. Qadın və kişinin qazdan zəhərləndiyi ehtimal edilir.