azfakt.az
http://azfakt.az

Rəsmi Moskva: "Rusiya danışıqlar üçün şərtləri formalaşdırıb"

21-12-2023, 15:23 Baxılıb: 0

Rəsmi Moskva: "Rusiya danışıqlar üçün şərtləri formalaşdırıb"Rəsmi Moskva: "Rusiya danışıqlar üçün şərtləri formalaşdırıb"

Rusiya danışıqlar üçün şərtləri formalaşdırıb.
Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.
Onun sözlərinə görə, bu şərtlər xüsusi hərbi əməliyyatın başlaması ilə eyni vaxtda bəyan edilib: “Biz bu məqsədlərə çatanadək başqa cür davrana bilmərik. Biz xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə çatmalıyıq”.
V.Metvienko bildirib ki, Rusiya məqsədlərinə çatmayanadək müharibə bitməyəcək: “Ukrayna Rusiya əleyhinə alət olmamalıdır”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930