İran sərhəddəki qoşunlarını gücləndirir
İran Ordusunun quru qüvvələri istənilən təhlükəyə tez və vaxtında cavab vermək üçün şimal-şərq sərhəd bölgələrində pilotsuz təyyarələr, raketlər və artilleriya bölmələri yerləşdirib.
IRNa xəbər verir ki, bu barədə Quru Qoşunlarının komandanı, briqada generalı Kəyumərs Heydəri məlumat yayıb.
O bildirib ki, İranın şimal-şərq sərhədlərində qüvvələrin yerləşdirilməsi quru qoşunlarının çatışmazlığı olan ərazilərə diqqəti yönəltmək məqsədi daşıyan hərbi məkan planlamasını həyata keçirmək üçün həyata keçirilir.
General Heydəri qeyd edib ki, ölkənin quru qoşunları qarşısında İslam Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumaq vəzifəsi durur.
Onun sözlərinə görə, bu məkan planlaması İranın sərhədyanı ərazilərində raketlər, pilotsuz uçuş aparatları və manevr qüvvələrindən istifadə etməklə istənilən təhlükə qarşısında qəti və vaxtında əməliyyat planının həyata keçirilməsi məqsədi ilə həyata keçirilir.