azfakt.az
http://azfakt.az

Bakıda taksidən istifadə edənlərin sayı azalıb

18-12-2023, 16:05 Baxılıb: 0

Bakıda taksidən istifadə edənlərin sayı azalıb

Bakıda taksi səfərlərinin sayı təqribən 14% azalıb.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Taksi sahəsində aparılan islahatlar nəticəsində Bakıda taksi səfərlərinin sayı təqribən 14% azalıb. Qısa məsafədə səfərlərin azalması nəticəsində bu gün gedişlərin orta məsafəsi 8,5 km-dən 10 km-dək artıb. Avtobuslarla gündəlik daşınmaların sayı 100 min gediş artaraq 1,6 milyona çatıb", - deyə o qeyd edib.
R.Hümmətovun sözlərinə görə, vətəndaşlara göstərilən xidmət səviiyyəsinin yüksəldilməsi üçün taksi sürücüləri təlimə cəlb olunub.
"Bugünədək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən təlim üçün 14 mindən çox sürücü müraciət edib. Bunlrın 11 mindən çoxu təlimdə iştirak edib. Lakin bu, problemin tam həlli deyil. Gələn ilin əvvəlində taksi avtomobillərinə yeni texniki tələblər şamil olunacaq. Hazırda tələblərin təsdiqlənməsi yekun mərhələdədir", - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930