Azərbaycanda bu partiyanın adı dəyişdirilir
Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) adı dəyişdiriləcək.
Bu məsələ partiyanın İdarə Heyətinin toplantısında müzakirə olunub.
Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb.
Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq.