Müharibədən qaçan rus Ermənistanda saxlanıldı
Ukraynada döyüşməkdən imtina edərək qaçan rusiyalı hərbçi Ermənistanda saxlanılıb.
Xarici KİV xəbər verir ki, Rusiya vətəndaşı Dmitri Setrakov həbs edilərək Gümrüdəki 102-ci Rusiya hərbi bazasının ərazisinə aparılıb.
Onun barəsində cinayət işi açılıb. Hərbçinin Rusiya tərəfinə keçirilməsi planlaşdırılır.