azfakt.az
http://azfakt.az

Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub

11-12-2023, 11:58 Baxılıb: 0

Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub

Təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulub.

Bu barədə təkliflər Təhsil Tələbə Kredit Fondu tərəfindən Himayəçilik Şurasına təqdim olunub.

Məlum olduğu kimi tələbə Təhsil Tələbə Kredit Fondunun standart paketindən istifadə edərkən 20% ödəniş etməli idi, bundan sonra 20% ödəniş ləğv edilə bilər.

Həmçinin startaplarda iştirak edən tələbələrin kredit borcunun bağlanması da nəzərdə tutulur.

Tələbələrin ən çox əziyyət çəkdiyi, kirayə ev tapmaq, kirayə pulunu ödəmək kimi problemin də aradan qaldırılması üçün müəyyən addımların atılacağı, tələbənin kirayə və nəqliyyat pulunun müəyyən hissəsinin ödəniləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, yeniliklərin qüvvəyə minməsi üçün Nazirlər Kabineti müvafiq qərar qəbul etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930