Turizm şəhərində 7 meyit: Qızıl ticarəti iddiası
Kolumbiyanın Santa Fe de Antiokia turizm şəhərində 7 cəsəd tapılıb.
Xarici KİV xəbər verir ki, qəsəbənin Antioquia inzibati bölgəsindəki kənd ərazisində çoxlu cəsədin tapıldığı xəbəri üzərinə hadisə yerinə gələn polis qrupları göndərilib.
Araşdırma nəticəsində 7 nəfərin güllələnərək öldürüldüyü müəyyən edilib. Hadisə yerində mətbuata açıqlama verən polis rəisi Uilyam Daniel Melo işgəncə izləri olan cəsədlərin müayinə üçün məhkəmə tibb mərkəzinə aparıldığını bildirib.
Kolumbiya mətbuatında yayılan xəbərdə cinayətlərdən "Clan del Golfo" şəbəkəsinin məsuliyyət daşıdığı və qanunsuz qızıl ticarəti səbəbiylə bölgədə dəstələr arasında qarşıdurma yaşandığı qeyd edilib.