Gələn il Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlim keçirəcək
“Gələn il kiberhücumlarla bağlı birgə təlim keçirəcəyik”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Güler noyabrın 27-də Bakıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə üçtərəfli görüşdə deyib.
O, hərbi təlimin Türkiyədə baş tutacağını bildirib.
Nazir həmçinin vurğulayıb ki, bugünkü üçtərəfli görüşün regional əməkdaşlığa töhfə verəcəyinə inanır:
“Fürsətdən istifadə edib Azərbaycan və Gürcüstan xalqına rifah arzulayıram”.