azfakt.az
http://azfakt.az

Baş nazirin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

15-11-2023, 16:16 Baxılıb: 13

Baş nazirin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev noyabrın 14-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Çin dostluq və əməkdaşlıq əlaqələrinin siyasi, ticarət-iqtisadi, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirilib.

Bu il noyabrın 4-6-da Baş nazirin müavini Ş.Mustafayevin rəhbərliyi ilə Azərbaycan Respublikası nümayəndə heyətinin Çinin Şanxay şəhərinə səfərinin nəticələri yüksək qiymətləndirilib.

Səfər çərçivəsində keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasının nəticələrinə dair imzalanmış Protokolun ticarət-iqtisadi sahədə münasibətlərin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Eyni zamanda, ölkəmizin Şanxay şəhərində keçirilmiş 6-cı Çin Beynəlxalq İdxal Sərgisində iştirakının əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Azərbaycanla Çin arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930