Son 10 gündə 200 min insan Qəzzanın şimalını tərk edib
Son 10 gündə daha 200 000 insan Qəzzanın şimalını tərk edib.
ABC telekanalı xəbər verir ki bu barədə BMT-nin Humanitar məsələlərin Koordinasiyası üzrə Agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri və HAMAS arasında döyüşlərin getdiyi bir zamanda noyabrın 5-dən bəri Qəzzanın şimalını daha 200 000 fələstinli tərk edib.
BMT Agentliyi bildirib ki, Qəzzanın şimalında yalnız bir xəstəxana xəstələri qəbul edə bilir. Digər xəstəxanalar artıq fəaliyyət göstərə bilmir və əsasən sığınacaq kimi istifadə edilir.