Bakının daha bir ünvanında söküntü: 700 manat kirayə pulu və mənzillər veriləcək
Bakıda Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Behbud Şaxtaxtinski küçəsində yerləşən fərdi yaşayış evlərindən gedir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, gələn ilin yanvar ayından söküntüsünə başlanacaq evlərin sahibləri ilə demək olar ki, razılıq əldə olunub.
Belə ki, fərdi evlərin söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmətəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 700 manat kirayə pulu da veriləcək.
Qeyd edək ki, adıçəkilən ünvanın yaxınlığındakı bir çox fərdi yaşayış evləri artıq bir müddətdir ki, sökülmüşdü.