“Instagram” və “Facebook”dan reklamları silmək neçəyə başa gəlir?
“Meta” şirkəti “Facebook” və “Instagram” sosial şəbəkələrində bütün reklamları gizlədəcək xüsusi ödənişli abunəliyə başlayır.
Reklamlardan imtina etmək seçimi ayda 10 avroya başa gələcək.
Xidmət bütün Avropa ölkələrində mövcuddur və veb versiyası üçün ayda 9,99 avro, iOS və Android cihazları üçün isə 12,99 avro təşkil edir.
Beləliklə, Zukerberqin şirkəti Rəqəmsal Xidmətlər və Bazarlar Aktı da daxil olmaqla, kontekstli reklam kontekstində istifadəçi məlumatlarının məxfiliyi ilə bağlı Avropa rəsmilərinin narahatlığını aradan qaldırmaq niyyətindədir.
“Biz bu inkişaf edən Avropa qaydalarının məqsədinə hörmət edirik və onlara əməl etməyə sadiqik”, - şirkətin sözçüsü bildirib.
Qeyd olunur ki, şirkətin sosial şəbəkələri əvvəlki kimi pulsuz istifadə oluna bilər. Ancaq bundan sonra mövcud reklam parametrləri alətləri dəyişməz qalacaq.