Bu ölkədə “meymunçiçəyi” virusundan ölüm qeydə alındı
Son aylarda Taylandda 24 yeni “meymunçiçəyi” virusuna yoluxma hadisəsi aşkar edilib və 1 xəstə ölüb.
Xarici KİV xəbər verir ki, bunu Tayland Səhiyyə Nazirliyinin xəstəliklərə nəzarət departamentinin baş direktoru jurnalistlərə bildirib.
“Meymunçiçəyi”nə ilk yoluxma hadisəsi 2022-ci ilin iyulunda Taylandda aşkar edilib. 28 oktyabr 2023-cü il tarixindən indiyədək ölkədə 559 xəstəliyə yoluxma faktı aşkar edilib.