azfakt.az
http://azfakt.az

Qəzzada insan faciəsi - Epidemiyaya yoluxurlar

25-10-2023, 14:39 Baxılıb: 0

Qəzzada insan faciəsi - Epidemiyaya yoluxurlar

İsrailin blokadası və hücumları altında olan Qəzzada əksəriyyəti uşaq olmaqla, gündə 3 mindən çox insanda müxtəlif epidemik xəstəlik hallarının aşkar edildiyi açıqlanıb.
Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada qaşınma, ishal, suçiçəyi, dəri xəstəlikləri və bronxit kimi bir çox xəstəliyin təsbit edildiyi bildirilib.  
"Qəzza zolağındakı sağlamlıq mərkəzlərində bir gündə əksəriyyəti uşaq olmaqla 3 min 150 epidemiya xəstəliyi aşkar edilib", - məlumatda qeyd olunub. 
Açıqlamada içməli və gündəlik istifadə suyunun qeyri-kafi olduğu, şəxsi gigiyena ehtiyacının qarşılana bilmədiyi vurğulanaraq, sığınacaq mərkəzlərində böyük izdiham səbəbiylə epidemiya xəstəlikləri sürətlə yayıldığı bildirilib. 
 İsrailin Qəzza zolağına tətbiq etdiyi blokadaya görə ciddi enerji çatışmazlığı yaranıb və bölgəyə yanacağın girişinə icazə verilmədiyi üçün xəstəxanaların generatorlarının dayandığı açıqlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930