İlham Əliyev və Paşinyan bu ay Brüsseldə görüşməyəcək
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan bu ay Brüsseldə görüşməyəcək.
Bu barədə Avropa İttifaqının Gürcüstan böhranı və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat yayıb.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri vaxt azlığı ilə əlaqədar olaraq oktyabr ayının sonunda Brüsseldə görüşməyəcəklər.