Azərbaycan qeyri-neft-qaz ixracının artırılmasına dair hədəfini açıqlayıb
Azərbaycanda 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının dəyərinin 85 % artırılması hədəflənir.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir.
Sənədə əsasən, ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft/qaz ÜDM-nin isə 5 % artırılması, eləcə də özəl sektorun iqtisadiyyatda payının 88 %-ə çatdırılması, qeyri-neft sektoru üzrə birbaşa xarici investisiyaların illik 10-15 % artırılması, illik inflyasiyanın 4±2 % intervalında qorunması hədəflənir.