Alyaskada güclü zəlzələ oldu
ABŞ-nin Alyaska ştatı yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib.
Bu haqda ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yerin 187 kilometr dərinliyində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.
İlkin məlumatlara görə, zəlzələdə can və mal itkisi olmayıb.