azfakt.az
http://azfakt.az

Balasanyanın artıq Ermənistanda olduğu deyilir

10-10-2023, 19:21 Baxılıb: 1

Balasanyanın artıq Ermənistanda olduğu deyilir

Özünü buraxdığını elan etmiş Qarabağdakı qondarma rejimin “Təhlükəsizlik Şurasının keçmiş katibi” Vitali Balasanyanın artıq Ermənistanda olduğu bildirilir.
İrəvanın “24News” portalı xəbər verir ki, bu barədə separatçı rejimin “deputatı” olmuş Metaxe Akopyan məlumat verib.
“Onun artıq Ermənistanda olması ilə bağlı məndə məlumat var, lakin hələ ki, onunla əlaqə saxlamamışam”, - Akopyan qeyd edib.
Xatırladaq ki, yaxın günlərdə Azərbaycanın hüquq-mühafizə orqanları qondarma rejimin keçmiş “rəhbərlərini”, eləcə də burada “yüksək vəzifə tutmuş” bir sıra şəxsləri saxlayaraq məsuliyyətə cəlb edə bilib.
Qeyd edək ki, Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930