azfakt.az
http://azfakt.az

Qərbi Azərbaycan İcması bəyanat yaydı

23-09-2024, 19:49 Baxılıb: 2

qerbi-azerbaycan-icmasi-beyanat-yaydi


“Bəzi xarici qüvvələrin təhriki ilə Ermənistandakı revanşist qüvvələr və erməni diasporu “Dağlıq Qarabağ məsələsi”nin guya həll edilmədiyinə, hələ də açıq qaldığına dair kampaniyalarını intensivləşdiriblər”. 
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunub.
“Bu yanaşma, eləcə də Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən həmin elementlərə qarşı hərəkətsizliyi, sürətlə silahlanması, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaqdan imtina etməsi ciddi narahatlıq doğurur.

Bu baxımdan, qətiyyətlə xatırlatmaq istəyirik ki, “Dağlıq Qarabağ məsələsi”nin hələ də həll olunmadığını düşünənlər kökündən yanılırlar. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini birdəfəlik bərpa edib və bu, əbədidir və dönməzdir. Əslində, həll olunmamış məsələ, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri qayıtmalarıdır. Hələ açıq qalan məsələ məhz Qərbi Azərbaycana qayıdış məsələsidir. Qərbi Azərbaycan İcması bu yolda öz səylərini ardıcıl şəkildə davam etdirəcək.

Biz Ermənistan hökumətindən və məlum revanşist dairələrdən bu təhlükəli yoldan əl çəkməyi tələb edirik” - bəyanatda bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930