Gürcüstanda LGBT-nin təbliği qadağan olnur
Gürcüstanda LGBT təbliğatını qadağan edən qanun layihələri paketi ikinci oxunuşda qəbul edilib.
Bu barədə “Sputnik Georgia” məlumat yayıb.
Qeyd olunub ki, bir sıra müxalifət partiyaları qərarı boykot etdiyi üçün parlamentin plenar iclasına qatılmayıb.
Qanun layihələri paketi 81 səslə qəbul edilib.
Layihələrdə eynicinslilərin nikahı, cinsiyyətinin dəyişdirilməsi üçün tibbi prosedurlar, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təhsil müəssisələrində və mediada təbliği qadağan olunur
Qeyd edək ki, iyunun 27-də Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihələri paketini birinci oxunuşda təsdiqləmişdi.