Gürcüstanda parlament seçkiləri bu tarixdə keçiriləcək
Gürcüstanda oktyabrın 26-da parlament seçkiləri keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Gürcüstan Prezidenti Salome Zurabişvili Sərəncam imzalayıb.
Konstitusiyaya əsasən, Gürcüstanda parlament seçkiləri hazırkı parlamentin səlahiyyətlərinin başa çatdığı ilin oktyabr ayının son şənbə günü keçirilir. Prezident seçkiləri səsvermə gününə 60 gün qalmış təyin edir. Gürcüstan parlamenti dörd il müddətinə seçilir və 150 deputatdan ibarətdir.