İran Xəzərdə hərbi təlim keçirir
İranın Hərbi Dəniz Qüvvələri Azərbaycanla şimal sərhədi yaxınlığında Xəzər dənizində hərbi təlim keçirir.
Bu barədə “Mehr” xəbər agentliyi məlumat yayıb.
“Təlimlə bağlı Astara şəhərinin bəzi yerlərində partlayış səsləri eşidiləcək, əhali üçün narahatlığa heç bir əsas yoxdur”,- məlumatda deyilir.
Qeyd edək ki, ötən ay HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra Tehranın İsrailə mümkün cavabı üçün bölgə hazırda yüksək hazırlıq vəziyyətindədir.