azfakt.az
http://azfakt.az

Makron bu dəfə istefasını qəbul etdi

16-07-2024, 20:58 Baxılıb: 0

makron-bu-defe-istefasini-qebul-etdi


Fransa Prezidenti Emmanuel Makron partiyasının seçkilərdə məğlub olmasından sonra Baş nazir Qabriel Attalın istefasını qəbul edib.
Bu barədə “France24” yazıb.

Məlumata görə, Nazirlər Kabineti hələlik eyni tərkibdə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, bir müddət öncə istefa verən Attalın müraciətini Makron qəbul etməmişdi.

Qeyd edək ki, Attal sözügedən vəzifəyə cari ilin yanvarında təyin edilib.

Onu da bildirək ki, Fransadakı seçkilərdə solçu partiyaların koalisiyasını təmsil edən “Yeni Xalq Cəbhəsi” ölkənin Milli Assambleyasına (parlamentin aşağı palatası) keçirilən seçkilərin ikinci turunda qalib gəlib. Rəsmi məlumata görə, “Yeni Xalq Cəbhəsi” parlamentdə 182 yer qazanıb. İkinci yerdə 168 yerlə Fransa Prezidenti Emmanuel Makronun rəhbərlik etdiyi “Birlikdə” koalisiyası yer alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930