azfakt.az
http://azfakt.az

Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay vaxtı var

2-10-2023, 10:11 Baxılıb: 0

 


Gələn il martın sonuna qədər Azərbaycan bankları Mərkəzi Bankın (AMB) təsdiqlədiyi “Banklarda Korporativ İdarəetmə Standartları”na uyğun olaraq yeni strateji planını hazırlamalı və onu tənzimləyici quruma təqdim etməlidirlər.

AMB-dən "Report"a verilən məlumata görə, bundan başqa banklar hər üç aydan bir Standartların tətbiq səviyyəsini qiymətləndirərək, nəticələrini quruma kommunikasiya etməlidirlər.

"Bank nəzarəti üzrə Bazel Komitəsinin tələbələrində qeyd edildiyi kimi, effektiv korporativ idarəetmə tələblərinin tətbiqi bankların risk əsaslı fəaliyyətini təmin etməklə, bütövlükdə maliyyə sabitliyi üçün zəruridir.

Bu çərçivədə, "Banklarda Korporativ İdarəetmə Standartları” AMB-nin İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə qəbul edilib və senyabrın 8-dən qüvvəyə minib. Standartların qəbulunda əsas məqsəd bankların idarəetmə orqanlarının səlahiyyət və vəzifələrini dəqiq müəyyən etməklə, onların işinin etibarlılıq, şəffaflıq, hesabatllılıq, məsuliyyətlilik prinsiplərinə uyğun təşkilinə nail olunmasıdır", - AMB-dən bildirilib.

Yeni standartların qəbulunadək banklarda korporativ idarəetmə standartlarına dair normativ tələblər “Banklarda korporativ idarəetmə Standartları”, “Banklarda risklərin idarə olunması haqqında Qaydalar” və “Banklarda daxili nəzarət və daxili auditin təşkili barədə Qaydalar” ilə tənzimlənirdi. Sözügedən hüquqi aktlardan ilk ikisi 2013-cü ildə qəbul edilib, 2019-cu ildə isə ləğv edilmiş Maliyyə Bazarlarına Nəzarət Palatası həmin qaydalara müəyyən dəyişikliklər edib. Daxili nəzarət və auditə dair qaydalar isə 1999-cu ildə qəbul edilib və onlara həmin dövrdən sonra yalnız texniki dəyişikliklər edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930