Blinken İsrailə gedəcək
ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edəcək.
Bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Bildirilib ki, dövlət katibi Blinken iyunun 10-da İsrailə gedəcək.
Bu, oktyabrın 7-də HAMAS-ın İsrailə hücumundan və Qəzzada başlayan müharibədən sonra Blinkenin ölkəyə səkkizinci səfəri olacaq.
"Axios"un jurnalisti Barak Ravid "X" hesabında qeyd edib ki, ABŞ dövlət katibi Blinken Yaxın Şərqə səfəri çərçivəsində İsraillə yanaşı, Qəzza ilə bağlı donor konfransında iştirak üçün İordaniyaya, Misir və Qətərə də səfər edəcək.("Times of Israel")