azfakt.az
http://azfakt.az

Taksi qiymətlərinin kəskin artmasına -RƏSMİ REAKSİYA

5-06-2024, 21:43 Baxılıb: 0


Azərbaycanda Nazirlər Kabinetinin 178 saylı Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib.

Həmin siyahıya daxil olan xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər xidmətlərin tarifləri , o cümlədən taksi xidmətlərinin tarifləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında sahibkarlıq subyektləri tərəfindən sərbəst müəyyən edilir.

Eyni zamanda, "Sahibkarlıq fəaliyyəti haqqında" qanuna əsasən, sahibkarlar qanunvericiliyə əməl etməklə öz xidmətləri üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdir.

Bununla belə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür.

Qeyd edək ki, gələn ayın 1-dən ölkədə taksi fəaliyyəti ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. Sosial şəbəkələrdə və KİV-də bununla əlaqədar paytaxtdakı taksi şirkətlərinin qiymətləri kəskin artırdıqları bildirilir.(APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930