Qəzzada ölənlərin sayı ARTIR
İsrailin hücumlarını davam etdirdiyi Qəzzada insan itkisi 36 min 586 nəfərə yüksəlib.
Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 7 oktyabr 2023 tarixindən bəri bölgəyə hücumlar davam edir:
“Son 24 saat ərzində bölgəyə daha 4 hücum təşkil edilib.
Hücumlarda 36 nəfər həyatını itirib, 115 nəfər isə yaralanıb.
Ümumilikdə, ölənlərin sayı 36 min 586 nəfərə, yaralıların sayı isə 83 min 74-ə yüksəlib”.