Elektron Təhlükəsizlik Xidmətinə 2 yeni xidməti avtomobil veriləcək
Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə 2 ədəd xidməti minik avtomobili veriləcək.
Bundan başqa, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin aparatının xidməti minik avtomobillərinin sayı isə 5-dən 7-yə çatdırılıb