azfakt.az
http://azfakt.az

Millətlər və xalqlar arasında dialoqu təşviq etməliyik - Efendus Henderson

1-05-2024, 14:28 Baxılıb: 0

Millətlər və xalqlar arasında dialoqu təşviq etməliyik - Efendus Henderson

Millətlər və xalqlar arasında dialoqu təşviq etməliyik.
Bu barədə Davamlı Müxtəliflik və İnklüzivlik İnstitutunun rəhbəri cənab Efendus Henderson VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi: həmrəyliyin möhkəmləndirilməsi və parçalanmaya qarşı müqavimət” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“ Qütbləşmənin və etimadsızlığın artdığını görürük. Bunu həll etmək üçün yumşaq qüvvədən istifadə etməliyik. Bu forum unikal bir platformadır. Mədəniyyətlərarası dialoqla istədiyimizə nail ola bilərik. Bu gün öz hərbi arsenalı və iqtisadi qüvvəsi ilə yox, bəşəriyyət öz yumşaq gücü ilə daha çox fərəhlənməlidir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb.
“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930