Erməniəsilli Fransa jurnalisti Ermənistana buraxılmadı
Erməniəsilli Fransa jurnalisti Leo Nikolyanın Ermənistana girişi qadağan olunub.
Bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, Nikolyan etiraz əlaməti olaraq Zvartnots hava limanında aclıq aksiyası elan edib.
"Mən Ermənistandan getməyəcəyəm, birbaşa burada Zvartnots hava limanının pasport yoxlanışı şöbəsində aclıq elan edirəm. Qərar təqdim etmədən, əsaslandırma olmadan mənə vətənimə girişi qadağan etdilər. Təyyarəyə oturaraq ödənişsiz geri dönməyim üçün məni nə qədər dilə tutsalar da, buradan gedən deyiləm", - jurnalist deyib.