Rusiya Prezidenti: BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir
Baykal-Amur magistralı dünyada ən böyük dəmir yolu arteriyalarından biri, gələcəyin yoludur.
APA xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.
Dünya tarixində bu layihənin bənzərinin olmadığını vurğulayan dövlət başçısı bildirib ki, BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir.