azfakt.az
http://azfakt.az

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almayıb - Peskov

22-04-2024, 16:22 Baxılıb: 1

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almayıb - Peskov

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almayıb.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Moskva Ermənistan-Azərbaycan sərhədində delimitasiya ilə əlaqədar olaraq [Tavuş vilayətindən] Rusiya sərhədçilərinin çıxarılmasına dair İrəvandan siqnal almayıb", - Kreml nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, bu yaxında Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı sərhədçilərin Tavuşdakı postları tərk edəcəyini bildirib.

"Vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bu, bütün istiqamətlərdə əksini tapmalıdır. Bu, o deməkdir ki, bizdə cəbhə xətti deyil, sərhəd var. Sərhəd isə sülh rəmzidir. Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə qarşılıqlı fəaliyyət göstərərək, sərhədin mühafizəsini təmin edə biləcəklər", - o deyib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930