ABŞ maliyyə naziri İrana qarşı yeni sanksiyalar tətbiq edəcək
ABŞ maliyyə naziri Canet Yellen İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.
Bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Yellen sanksiyaları Beynəlxalq Valyuta Fondunun (BVF) Vaşinqtonda keçirilən illik konfransında təqdim edəcək və konfransda iştirak edən həmkarlarını öz ölkələrində analoji tədbirlər görməyə çağıracaq.
Qeyd olunub ki, ABŞ Maliyyə Nazirliyi İran rejiminin fəaliyyətinə mane olmaq üçün müttəfiqləri ilə birgə sanksiya səlahiyyətlərindən istifadə edəcək.