Mirzoyan Səudiyyə Ərəbistanına gedəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına gedəcək.
Trend xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, səfər 17-18 aprel tarixlərində baş tutacaq.
Qeyd olunub ki, bu, 2023-cü ilin noyabr ayında iki ölkə arasında diplomatik əlaqələr qurulandan sonra Ermənistan rəsmisinin Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli səfəri olacaq.