Rusiyada "TikTok"un bloklanması təklif olunub
Rusiyada "TikTok" sosil şəbəkəsinin bloklanması təklif olunub.
Bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Qeyd olunub ki, Sosial Şəbəkə və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası "Roskomnadzor"a müvafiq təklifli ünvanlayıb. "Roskomnadzor" müraciəti artıq qəbul edib və mayın 8-dək nəzərdən keçirəcək.
Ekspertlərin fikrincə, "TikTok" bloklanacağı təqdirdə rus sosial şəbəkələrinin auditoriyası təqribən 30 milyon nəfər artacaq.
Qeyd edək ki, hazırda Rusiyada "TikTok" fəaliyyət göstərir, lakin iki illik videoçarxlar əlçatandır.