İtaliya Tehrandakı konsulluğunu bağladı
İtaliyanın Tehranda konsulluğu 14 aprel tarixindən naməlum müddətədək bağlanıb.
Bu barədə İtaliyanın Tehrandakı Səfirliyi “X” şəbəkəsindəki hesabında paylaşım edib.
Məlumata görə, zəruri məsələlər olduğu halda, İtaliya vətəndaşları elektron vasitə ilə konsulluqla əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, aprelin 14-də Niderland Xarici İşlər Nazirliyi İran və İsrail arasında artan gərginlik fonunda Niderlandın Tehrandakı səfirliyini bağladığını elan edib.