Almaniya Ukraynaya daha bir "Patriot" sistemi göndərəcək
Almaniya tezliklə Ukraynaya Bundesver ehtiyatlarından daha bir "Patriot" hava hücumundan müdafiə sistemi göndərəcək.
Bu barədə Almaniyanın Müdafiə Nazirliyi bildirib.
"Biz öz döyüş hazırlığımızı nəzərə alaraq Ukraynaya imkanımız daxilində dəstək veririk", deyə Müdafiə naziri Boris Pistorius bildirib.
Nazir qeyd edib ki, o, mümkün qədər tez Ukrayna üçün nəzərdə tutulan sistemi əvəz edəcək yeni sistem əldə etmək üçün əvvəlcədən tədbir görüb.