Avropa çempionatı Bakıya həvalə edilib
2025-ci ildə qarışıq komandalar arasında Avropa çempionatı Bakıda keçiriləcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bununla bağlı Avropa Badminton Konfederasiyası (ABK) qərar verib.
2023-cü ildə ABK-nin Konqresini yüksək səviyyədə təşkil edən Bakının ev sahibliyi yüksək qiymətləndirilib və Azərbaycan paytaxtının artıq Avropanın badminton ailəsində əhəmiyyətli rol oynadığı xüsusilə vurğulanıb. Həmçinin paytaxtımız kişi və qadınlar arasında komandalar arasında qitə çempionatının seçmə mərhələsinin bir etapının da yüksək səviyyədə təşkil olduğu qeyd olunub.
Avropa Badminton Konfederasiyasının prezidenti Sven Serre bildirib ki, Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlıqları çox məhsuldardır: “Yenidən Bakıya qayıdacağımızı səbirsizliklə gözləyirik”.
Azərbaycan Badminton Federasiyası tərəfindən qitə çempionatına ev sahibliyi baş katib Ramil Hacıyev qəbul edib.
Qeyd edək ki, Edi Reski Dviçayo, Keişa Fatimə Zəhra və Era Maftuha hazırda davam edən Avropa çempionatında baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında ölkəmizi təmsil edir.