azfakt.az
http://azfakt.az

Bu şəxslərə müavinət verilməsi təklif edilir

5-04-2024, 14:19 Baxılıb: 1

Bu şəxslərə müavinət verilməsi təklif edilir

"Əmək pensiyaları haqqında” qanunun 8.1-ci maddəsində qeyd olunur ki, 5 və daha çox övladı olanlar məhz bu güzəştdən istifadə edirlər. Əgər ailədə 5 və daha çox uşaq olursa, həmin ailədə ana 5 il daha tez pensiyaya çıxmaq hüququ qazanır. Ziddiyyət olan məqamda ondan ibarətdir ki, "Sosial müavinətlər haqqında" qanunun 4.0.1.13-cü maddəsində bu güzəştlər 5-dən çox uşağı olan qadınlara şamil olunur.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, "Sosial müavinətlər haqqında" qanunda 5 və daha artıq deyil, 5-dən çox olanlar qeyd olunur:
Onun sözlərinə görə, bu ona gətirib çıxarır ki, 5 uşaq böyüdən analar pensiyada güzəşt əldə edirlər, amma eyni sayda uşaq böyüdən analar sosial müavinət ala bilmirlər.

“Digər qanunda qeyd olunub ki, 5-dən daha çox. Təklif edirəm ki, "Sosial müavinətlər haqqında" qanunun 4-cü maddəsində 5-dən çox deyil, 5 və daha çox sözləri qeyd olunsun. Belə ki, pensiya və güzəşt əldə edən analar həm də 5 uşaq böyütdüyü üçün sosial müavinətdən istifadə edə bilsinlər", - deyə o əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930