azfakt.az
http://azfakt.az

Rusiyada elektrik yarımstansiyasında partlayış 12 min sakini işıqsız qoydu

4-04-2024, 19:28 Baxılıb: 0

Rusiyada elektrik yarımstansiyasında partlayış 12 min sakini işıqsız qoydu

Rusiyanın Sankt-Peterburq şəhərində elektrik yarımstansiyasında partlayış olub, nəticədə 12 min sakinin işıqsız qalıb.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə ötən gecə baş verib. Belə ki, yerli sakinlər iki güclü partlayış səsi eşitdikdən sonra Sakt-Peterburq şəhərinin Krasnoqvardeysk rayonu qaranlığa qərq olub.

Hadisə yerinə polis və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib. Elektrik yarımstansiyasında diversiya izləri aşkarlanıb. Belə ki, iki transformator zədələnib, onlardan birini bərpa etmək mümkün olmayıb.


İstintaq orqanları tərəfindən hadisə ilə bağlı "diversiya" maddəsi ilə cinayət işi açılıb. Hazırda cinayətlə əlaqəli şəxslər axtarılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930