Ramazan ayı ilə bağlı məscid və ziyarətgahlarda monitorinqlər keçirildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirilib, eləcə də, dini maarifləndirmə sahəsində silsilə görüş və konfranslar təşkil edilib.
Trend-in məlumatına görə, bunu DQİDK-nın sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı komitədə keçirilən müşavirə zamanı deyib.
O qeyd edib ki, Ramazan ayı müvafiq tədbirlərin keçirilməsi üçün dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib.
Komitənin Dini qurumlarla iş üzrə şöbənin müdiri Cahandar Əlifzadə isə deyib ki, Ramazan ayı müddətində vahid Ramazan təqviminə riayət olunmasının xüsusi nəzarətdə saxlanılıb.
O bildirib ki, Ramazan ayı ərzində Dövlət Komitəsinin Mərkəzi Aparatına yerlərdən daxil olmuş məlumatlar ümumiləşdirilərək təhlil olunub, respublikada ümumi dini durumun qiymətləndirilməsi aparılıb.