azfakt.az
http://azfakt.az

Oxumamış Alim , Diş həkimİ - yoxsa xadimə.

3-04-2024, 12:39 Baxılıb: 5

Oxumamış Alim , Diş həkimİ - yoxsa xadimə.
Təhsilsiz “diş həkimləri”nin fəaliyyətinin yaratdığı təhlükələrlə bağlı dəfələrlə məqalə dərc edilib. Sözügedən məqalələrdə son vaxtlar artmaqda olan stomatoloji kabinetlərinin vəziyyəti təhlil olunub, qeyri-peşəkar, “diş həkimləri”nin özfəaliyyəti tənqid edilib.
Qeyd edilən problemlə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirib ki, stomatoloji iş üzrə tibbi xidmət “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısına daxil edildiyindən, bu sahədə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar:
“Özəl tibb müəssisələrində stomatoloji xidmətlərin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən plan üzrə yoxlamalar aparılaraq həyata keçirilir.
Bundan əlavə, əhalinin sağlamlığına təhlükənin olmasına dair konkret faktlar olduqda, həmçinin müxtəlif qurumlardan daxil olan müraciətlər əsasında plandankənar (növbədənkənar) yoxlamalar aparılır.
Yoxlamalar zamanı lisenziya şərtlərinə, sanitar-gigiyenik və epidemioloji tələblərə riayət olunmasına nəzarət həyata keçirilir. Həmçinin belə müəssisələrdə xidmət göstərən mütəxəssislərin müvafiq ixtisas və praktiki tibb fəaliyyətinin göstərilməsi üçün sənədlərinin uyğunluğu yoxlanılır.
Nöqsanlar aşkar olunduğu təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülür. Nöqsanların aradan qaldırılması üçün müddət verilir. Nöqsanlar təkrar aşkar edildikdə isə daha ciddi tədbirlər həyata keçirilir.
Sabunçu rayon Ramana qəsəbəsində yerləşən Belə dırnaq arası Özəl tibb müəssisələrindən birini təqdim edəcəyik. Mənbənin verdiyi məlumata əsasən ali təhsili olmayan və xadiməlikdən birdən - birə diş həkimi peşəsi ilə məşğul olan Pərvanə xanım görəsən öz məsuliyyətini başa düşürmü.
Bizdə olan məlumata görə vergidən yayınır və heç bir lisenziyasıda yoxdur. Görəsən Səhiyyə nazirliyinin bundan xəbəri varmı ?

Araşdırmamız davam edir ....
Pərvanə həkimin fəaliyyət göstərdiyi tibb müəssisəsinin şəkilini göstəriririk , görəsən insanlar öz sağlamlıqlarını belə həkimlərə necə etibar edir . Bizi bu sual çox düşündürür.
Qanunpress.com olaraq yazıda adı çəkilən Pərvanə həkimin mövqeyini dərc etməyə hazırıq.
Oxumamış Alim , Diş həkimİ - yoxsa xadimə.
Oxumamış Alim , Diş həkimİ - yoxsa xadimə.


  • Sosial şəbəkədə paylaş






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930