Saxta yollarla əlillik əldə edənlər sistemdən uzaqlaşdırılıb - Nazir
Saxta yollarla əlillik əldə edən vətəndaşların əksəriyyəti sistemdən uzaqlaşdırılıb.
Bu barədə DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu sahədə çox ciddi islahatlar aparılır.
"Bu gün haqqı çatan insanların əlilliyini almasında hər hansı ciddi bir problem görmürük. Bir çox hallarda müraciətlər olur. Qiymətləndirmələr aparılır.
Hər xəstəlik əlillik deyil. Əmək qabiliyyətinə, özünə və həyat qəbiliyyətinə ciddi təsir edən xəstəlik əlillik sayılır", - deyə S.Babayev əlavə edib.